• cümə axşamı, 25 aprel, 11:24
  • Baku Bakı 14°C

İƏT ilə TDƏŞ arasında anlaşma Memorandumu imzalanıb

10.09.17 16:45 1086
İƏT ilə TDƏŞ arasında anlaşma Memorandumu imzalanıb
Astanada İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) arasında Anlaşma Memorandumu imzalanıb.
Türk Şurası katibliyindənAZƏRTAC-a verilən məlumata görə, sənəd İƏT-in elm və texnologiya üzrə birinci Sammiti çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov tərəfindən imzalanıb.
İki təşkilat arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirəcək memorandum, həmçinin Türk Şurasının İslam Əməkdaşlıq Təşkilatına müşayiətçi statusu ilə üzvlüyünə əsas verir.
banner

Oxşar Xəbərlər