İdxal azalır, ixrac artır
Son illər
kənd təsərrüfatının inkişafı üçün ölkəmizdə geniş şəkildə işlər görülür. Çünki
bu sahə Azərbaycanda perspektivli sahələrindəndir. Daxili tələbatı ödəməklə
yanaşı, ixrac cəhətdən də potensial böyükdür.
Eyni
zamanda, bu ilin ilk üç ayında aqrar məhsulların idxalı da 17% azalıb. Fins.az-ın məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin
sədriAydın ƏliyevRusiya Gömrük Xidmətinin rəsmiləri ilə meyvə-tərəvəz
məhsullarının AzərbaycandanRusiya ərazisinə keçirilməsi məsələləri ilə
bağlı Bakıda keçiriləndanışıqlarda deyib.
A.Əliyev
ixracın artdığını da deyib: "Ötən ilə nisbətən bu il ixrac 73% artıb. Məhsullarımız
təkcə Rusiya deyil, Ukrayna və Qazaxıstana da ixrac edilir".
Komitə sədri
Azərbaycan fındığının isə daha uzaq ölkələrə göndərildiyini deyib: "Azərbaycanda
quru meyvələrin hazırlanması üçün avadanlığın alınmasına150 mln. manat
güzəştli kredit verilib. Ölkədən ixrac edilən bütün məhsullar yoxlanır. Yalnız
ötən ilin əvvəlində 300 kq-a qədər Türkiyə pomidoru Rusiya ilə sərhəddə
saxlanılıb".
Ötən gün
Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində
Rusiyanın Federal Gömrük Xidmətinin və Baytarlıq və Fitosanitar Nəzarəti üzrə
Federal Xidmətinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş
keçirilib. Apa.az-ın məlumatına görə, Rusiya Federal Gömrük Xidmətinin Ticarət
məhdudiyyətləri, valyuta və ixrac nəzarəti İdarəsinin birinci müavini Andrey
Ryazanovun rəhbərlik etdiyi nümayəndə heyətinin səfərində məqsəd Rusiyaya meyvə-tərəvəz
məhsullarının ixracı ilə bağlı məsələləri müzakirə olunub. Görüşdə çıxış edən
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədriAydın
Əliyevbildirib ki, artıq uzun illərdir Rusiya Azərbaycan üçün əsas ixrac
bazarıdır: "Ötən illərlə müqayisədə Azərbaycandan ixracın 16,9%-i
Rusiyanın payına düşür. Rusiya Azərbaycan üçün idxal sahəsində də önəmli ölkələrdən
biridir. Son illər ərzində hər iki ölkənin milli valyutalarının devalvasiyaya
uğraması və bunun nəticəsində yaranan qiymət artımı ticarət dövriyyəmizə təsirsiz
ötüşməyib. Azərbaycanın Rusiyaya ixrac etdiyi məhsullar sırasında meyvə-tərəvəz
önəmli yer tutur. Azərbaycan Ukrayna və Qazaxıstana da meyvə-tərəvəz ixrac
edir. Son bir ildə ölkəmizdən xaricə meyvə-tərəvəz ixracı 73% artıb. Eyni
zamanda Azərbaycana meyvə-tərəvəzin idxalı xeyli azalıb".
A.
Əliyev Türkiyə istehsalı olunan pomidorların Azərbaycandan Rusiyaya ixrac
olunması ilə bağlı yayılan iddialara də münasibət bildirib: "Heç bir
Türkiyə məhsulu Azərbaycan üzərindən Rusiya və ya başqa ölkəyə milli məhsulumuz
adı ilə ixrac olunmur. Bunun üçün kifayət qədər sübut var. Bir şeyi də nəzərə
alın ki, Türkiyə pomidorlarının Azərbaycan üzərindən Rusiyaya ixracı yerli məhsullarımızın
şimal qonşumuza ixracından baha başa gəlir".
A.
Ryazanov isə bildirib ki, iki ölkənin müvafiq qurumları gömrük prosedurlarının
sadələşdirilməsində maraqlıdır və bu məsələ müzakirə predmetidir. "Biznes
dairələri bir qədər anlayış nümayiş etdirməlidir. Bu yaxınlarda Azərbaycan-Rusiya
sərhədində yaranmış problemlər bu müzakirələrin sayəsində həllini tapdı və
mövcud olan digər problemlər də danışıqlar yolu ilə həllini tapmalıdır", -
deyə o bildirib.
Görüşdə
iştirak edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev isə
bildirib ki, son bir ildə Azərbaycanda 517 min ton pomidor istehsal edilib və
bunun 100 min tonu ancaq Rusiyaya ixrac edilib. Nazir müavini əlavə edib ki,
son bir il ərzində Azərbaycana alma idxal edilməyib və ölkədə istehsal olunan
almanın bir qismi ixraca yönəlib. S. Babayev vurğulayıb ki, bu gün Azərbaycan
Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam olaraq ödəmək qabiliyyətindir.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın
Hüseynov "Kaspi”yə
açıqlamasında bildirdi ki, ölkə başçısının həyata keçirdiyi iqtisadi
strategiyanın başlıca məqsədi ixrac yönlü rəqabətqabiliyyətli məhsulların
istehsal olunması, dünya bazarına çıxarılması, Azərbaycan brendinin təqdim
olunmasıdır: "Bütün bu strategiyanı həyata keçirmək üçün də çox böyük işlər
görülüb. Hüquqi baza yaradılıb, sahibkarlığın inkişafı üçün çox böyük münbit şərait
formalaşıb, gömrük rüsumlarından, vergilərdən azad olunmaq kimi böyük
stimullaşdırıcı tədbirlər həyata keçirilib. Eyni zamanda xüsusilə kənd təsərrüfatının
daha da inkişaf etdirilməsi, aqrar sahədə daha yüksək nəticələrin əldə edilməsi
üçün dövlət proqramları mövcuddur”.
Millət vəkili
deyir ki, ənənəvi ixrac potensialı olan kənd təsərrüfatı sahələri ilə yanaşı,
bir çox meyvə-tərəvəzləri xarici bazarlara çıxarmaq mümkündür: "Strateji kənd təsərrüfatı
məhsullarımız pambıq, barama, fındıq, ipək və tütündür. Bu məhsulların
istehsalı ilə bağlı bizdə uzun illərə dayanan bir ənənə var. Qeyd etdiklərimlə
yanaşı, digər meyvə və tərəvəzlərin də zaman-zaman ixracı da aparılır. Bizim məhsullar
ekoloji cəhətdən təmiz olduğu üçün digər meyvə-tərəvəzlərimizin də dünya
bazarına çıxarılması mümkündür. Bununla bağlı işlər də görülür. Mən belə hesab
edirəm ki, yaxın gələcəkdə bizim kənd təsərrüfatı məhsullarımız dünya bazarında
öz yerini tutacaq və ölkənin ümumi məhsulunun tərkibində onların xüsusi çəkisi
daha da artacaq. Ölkənin ərzaqla, xüsusilə kənd təsərrüfatı, taxıl və taxıl məhsulları
ilə yüz faiz təmin olunması istiqamətində işlər görülür. Eyni zamanda, öz
daxili tələbatımızı ödədikdən sonra dünya bazarına da bir çox kənd təsərrüfatı
məhsullarının çıxarılmasına nail olacağıq”.
A.Hüseynov
qeyd etdi ki, kənd təsərrüfatı məhsullarımız üçün əsas bazar Rusiya olsa da,
zamanla digər bazarlara çıxmaq imkanları da yaranır: "Rusiya bizim ənənəvi
bazarımızdır. Bundan başqa, Avropa ölkələrinə ixrac edə bilərik. Eyni zamanda,
getdikcə ərəb ölkələri ilə də turizm mübadiləmiz, iqtisadi əlaqələrimiz genişlənir.
Ərəb ölkələrinin də bazarını kənd təsərrüfatı məhsulları ilə təmin etmək
iqtidarında olarıq”.
Aygün