• cümə, 29 Mart, 18:56
  • Baku Bakı 14°C

İdmanla məşğul olan zaman necə qidalanmalı - Gənclərə məsləhət

11.09.17 09:45 4868
İdmanla məşğul olan zaman necə qidalanmalı - Gənclərə məsləhət
Qidalanma orqanizminəinki enerji ilə təchiz etməyə kömək edir, həm də orqanizmdəkibütün mühüm funksiyaların fəaliyyətinəyardımçı olur. Düzgün qidalanma mövcud olmağın zəruri şərtlərindən biridir və bizim fiziki orqanlarımızın fəaliyyətində vacibdir. Ona görə də, həkimlər qida rasionumuzdan meyvə-tərəvəzi əksik etməməyi məsləhət görürlər. İdmanla məşğul olduqda insan orqanizmindən tər ilə birlikdə kalium və natrium duzları xaric olunur.Bu o deməkdir ki, idmanla məşğul olarkən qidalanma məsələsinə xüsusi diqqət etmək lazımdır. Bəs burada nələrə diqqət etməliyik? İdmanla məşğul olan zaman qidalanma necə olmalıdır?

Mövzu ilə bağlı suallarımızı fitnes-məşqçisi Nicat İbrahimxəlilova ünvanladıq. O bizimlə söhbətində bildirdi ki, qidalanma fitnesin əsas hissəsidir: "Yəni idmandan əlavə, əzələ mütləq düzgün qidalanmalı və istirahət etməlidir. Burada "hansı qidalardan istifadə edə bilərik?” sualından daha çox "hansılardan istifadə etməməliyik?” sualına cavab vermək daha doğru olardı. Əgər bir insan idman edib sağlam şəkildə çəki atmaq istəyirsə, mütləq bəzi qidalardan uzaq olmalıdır. İlk olaraq şirniyyatlardan imtina etmək lazımdır. Bu, bir çox adam üçün çətin olsa da, əməl etmək məsləhətdir. Bütün növ şirniyyatlardan imtina artıq çəki almağın qarşısını alır. 2-ci olaraq qızardılmış yeməklər məsləhət görülmür. Nə qədər dadlı və çəkici olsa da, xüsusilə də "fast food”lardan uzaq durmaq lazımdır. Həmçinin, şirin içkilər də bura daxildir. Kompot, enerjetik, qazlı içkilər içmək olmaz. Turş meyvələrdən əldə olunmuş şirələrdən istifadə daha yaxşı olar. Bu da ac qarnına, məşqdən öncə içilərsə, xeyirlidir. Zülal tərkibli qidaların qəbul olunması məsləhətdir. Balıq, toyuğun sinə əti, mal əti, kəsmik, müəyyən miqdarda yumurta zülalla zəngin qidalardır. Bunlar dietoloq və ya məşqçi ilə məsləhət olunaraq, rejimli şəkildə qəbul edilməlidir".

Müsahibimizdən meyvələr haqqında da soruşduq. O deyir ki, meyvələr barədə insanlarda yanlış fikirlər formalaşıb. Məsələn, dieta saxlayıb bütün növ meyvələrdən istifadə etmək olmaz: "Şirin meyvələrdən mümkün qədər uzaq durmaq lazımdır. Bundan başqa, meyvələr karbohidratlarla da zəngindir. Turş meyvələrlə qidalanmaq məsləhət görülür. Bu da təbii ki, müəyyən miqdarda və günün ilk yarısında qəbul edilə bilər. Banan və üzüm qədər insanı kökəldən digər bir meyvə yoxdur”.

Məşqçi deyir ki, çəkinin stabili qalması üçün yürüşü və bəzi məşqləri dayandırmamalıyıq: "Tutaq ki, idmana gəlib müəyyən qədər çəki atan insan bütün fəaliyyətini dayandırırsa, qidalanmasına nəzarət etmirsə, təbii ki, yenidən artıq çəki almağa başlayacaq. Hətta deyərdim ki, ondan da artığını geri alacaq. Çünki bərpa prosesi daha sürətlə gedir. Ona görə də, insan idmanla məşğul olmağı dayandırarkən qidalanmasına daha çox fikir verməli, ən azından gün ərzində yürüş etməli, üzməlidir”.
Günel Azadə

banner

Oxşar Xəbərlər