İdmançımız dünya çempionatına vəsiqə qazandı
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Boris Kirilov 2015-cı ildə keçiriləcək su idman növləri üzrə dünya çempionatına lisenziya qazanıb.