• şənbə, 20 Aprel, 14:58
  • Baku Bakı 23°C

İctimai Palatada fikir ayrılığı

27.05.13 11:19 1488
İctimai Palatada fikir ayrılığı
Bu açıqlamanı APA-ya İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn verib. O deyib ki, qeyd olunan seçkilərin keçirilməsi Milli Şuranın yaradılması istiqamətində aparılan işlərlə əlaqədar müvəqqəti olaraq təxirə salınıb: “Milli Şura məsələsinə aydınlıq gəldikdən sonra bu məsələyə növbəti sessiyada baxılacağına dair razılaşma var”.
P. Hüseyn deyib ki, İctimai Palatada bu qurumun əhəmiyyətinin artırılması qənaətində olanlarla yanaşı, əleyhdarları da mövcuddur: “Bəziləri düşünür ki, Milli Şura inteqrasiya yaradacaq təşkilat olacaqsa, daha kiçik miqyaslı təşkilatların fəaliyyətinə ehtiyac yoxdur. Bunun səbəblərindən biri İctimai Palata üzvlərinin daha çox “Rəsulzadə-Elçibəy” platformasında təmsil olunmalarıdır. Açığı qeyd etmək lazımdır ki, İctimai Palatanın 65 rayonda şöbələri yaradılıb və burada 4 minə yaxın şəxs birləşib. Bu mənada İctimai Palatada birgə fəaliyyətlə bağlı təcrübə formalaşıb”.
O vurğulayıb ki, təmsil olunduğu qurum daxilində aparılan müzakirələrdə İctimai Palatanın istənilən halda saxlanmasının zəruriliyi qeyd olunur: “İctimai Palata eyni mövqedə olan şəxslərin, eyni zamanda Müsavat və AXCP-nin əməkdaşlıq mexanizmidir. Hazırkı məqamda Milli Şura yaradılsa da, yaranmasa da, İctimai Palatanın fəaliyyətini davam etdirməsi mövqeyində olanlar üstünlük təşkil edir. Hər halda vəziyyətə dair müzakirələr aparılacaq”.
P. Hüseyn qeyd edib ki, Milli Şuranın mayın 28-də elan olunacağı haqda hansısa məlumata malik deyil.
banner

Oxşar Xəbərlər