AZE | RUS | ENG |


İcraçı direktor: "Smart Scoring" fəaliyyət sahəsini genişləndirəcək

İcraçı direktor:
Azərbaycan brendi "SmartScoring” gələcəkdə öz profilinə digər idman növlərini də əlavə edəcək.

Bunu Trend-ə brendin yaradıcısı "OcaqScoring” şirkətinin icraçı direktoru Emin Muxtarov deyib.

Şirkətin profilinə hakimlik və qiymətləndirmənin hesablanması və xronometraj üçün elektron sistemlərin hazırlanması daxildir. "SmartScoring” sistemi idman gimnastikası üzrə Dünya Kubokunda tətbiq olunub. Bundan əvvəl də bu sistem batut gimnastikası üzrə Dünya Kubokunda tətbiq olunmuşdu.

İcraçı direktor deyib: "Biz mütləq daha da inkişaf edəcəyik, yeni idman növləri əlavə edəcəyik. İndi bizim sıx qrafikimiz var. Biz iyunda keçiriləcək bədii gimnastika üzrə Asiya Çempionatı və iyulda Macarıstanda keçiriləcək Olimpiya festivalı ilə bağlı danışıqlar aparırıq. Sentyabr və oktyabr aylarında aerobika və akrobatika üzrə Avropa çempionatları var”.

E.Muxtarovun sözlərinə görə, gimnastika nəticələrin hesablanması baxımından ən çətin idman növlərindən biridir. Gimnastika ilə oxşarlığı olan fiqurlu konkisürmə, eləcə də sinxron üzgüçülük və idman rəqslərindən başqa qalan idman növləri proqramlaşdırma baxımından daha sadədir.

O qeyd edib ki, "SmartScoring” sistemi yaradılarkən, onun digər sistemlərə bənzəməməsi üçün səy göstərilib. "Qrafik məlumatın təsvir olunması, ümumilikdə bütün sistemin iş prosesi tamamilə bizə məxsusdur. Biz Beynəlxalq Gimnastika Federasiyasının qaydalarına əsaslanırıq”.

E.Muxtarovun sözlərinə görə, Avropa Gimnastika İttifaqının tenxiki nümayəndə heyəti media-menecerlər, eləcə də Rumıniya Gimnastika Federasiyasının nümayəndələri bu şirkətin beynəlxalq yarışlardakı işi ilə tanış olmaq üçün gəliblər.

İçraçı direktor həmçinin əlavə edib: "Biz Rumıniyada keçiriləcək Avropa Çempionatı ilə bağlı texniki və təşkilati məsələləri müzakirə edəcəyik”.

Bundan başqa, o, məlumat verib ki, 2017-ci il yanvarın 1-dən "SmartScoring” UEG-in rəsmi tərəfdaşı olub. Sistemin xidmətləri sırasına videonəzarət keçirmək də daxildir.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001