• cümə axşamı, 25 aprel, 04:18
  • Baku Bakı 19°C

İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb

20.11.19 13:00 836
İcma sədri Ankarada xarici ölkələrin səfirlərinə Ermənistanın təcavüzü haqda danışıb
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin xarici ölkələrin səfirləri üçün təşkil etdiyi tədbirdə iştirak edib.
Trend-in məlumatına görə, Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev Ermənistanın təcavüzü və icma haqqında iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndə heyəti Ankara səfərindən öncə ABŞ-da olub. Orada da Dağlıq Qarabağ və erməni cinayətkarlığı barədə fikir mübadilərləri aparılıb.
banner

Oxşar Xəbərlər