• çərşənbə axşamı, 23 aprel, 21:37
  • Baku Bakı 20°C

ICESCO-nun baş direktoru: İslam ölkələrinin informasiya agentlikləri koronavirus pandemiyası ilə mübarizədə dünya media institutları ilə sıx əməkdaşlıq etməlidir

17.05.20 17:00 647
ICESCO-nun baş direktoru: İslam ölkələrinin informasiya agentlikləri koronavirus pandemiyası ilə mübarizədə dünya media institutları ilə sıx əməkdaşlıq etməlidir
İslam ölkələrinin informasiya agentlikləri koronavirus pandemiyası ilə mübarizədə dünyanın digər agentlikləri, bütün media institutları ilə sıx əməkdaşlıq etməli, ictimaiyyəti bu sahədə göstərilən səylər haqqında daha geniş məlumatlandırmalıdır.
AZƏRTACxəbər verir ki, bu fikri İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik mayın 16-da İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Milli Xəbər Agentlikləri Birliyinin (UNA) "Koronavirusa qarşı səylərin dəstəklənməsində xəbər agentliklərinin rolu” mövzusunda ilk virtual forumunda səsləndirib.
ICESCO-nun rəsmi saytındaAZƏRTAC-ın İcraiyyə Şurasının üzvü olduğu UNA-nın bu mühüm tədbiri haqqında yayılan məlumatında qeyd olunub ki, təşkilatın baş direktoru İslam ölkələri informasiya agentliklərinin pandemiya dövründə konsepsiyaları və yaydığı materialların olduqca düşündürücü olduğunu qeyd edib. Onun sözlərinə görə, bu çətin dövrdə süni şəkildə körüklənən islamofobiya anlayışının zərəri tolerantlıq və dözümlülük kimi dəyərlərin fonunda bir daha nəzərdən keçirilməlidir.

banner

Oxşar Xəbərlər