• cümə axşamı, 25 aprel, 14:57
  • Baku Bakı 23°C

İçərisində 43 min manat olan bankomat oğurlandı

31.08.16 13:39 1268
İçərisində 43 min manat olan bankomat oğurlandı
Şirvan şəhərində bir banka məxsus bankomat oğurlanıb.
APA-nın xəbərinə görə, polisə bu gün saat 04.00 radələrində Hacı Qəhrəmanlı qəsəbəsində yerləşən bankomatın oğurlanması barədə məlumat daxil olub. İlkin ehtimala görə, bankomatda 43 min manat olub.
Şirvan Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar.
banner

Oxşar Xəbərlər