• cümə axşamı, 28 mart, 14:20
  • Baku Bakı 16°C

İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılıb

10.10.19 13:00 763
İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılıb
Oktyabrın 9-da "Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin "Azərbaycan mənzərələri” adlı fotosərgisi açılıb.
AZƏRTACxəbər verir ki, sərgi "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgi çərçivəsində "Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da olub.
Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.
Sərgi oktyabrın 12-də ziyarətçilər üçün açıq qalacaq.
banner

Oxşar Xəbərlər