• şənbə, 20 Aprel, 04:06
  • Baku Bakı 15°C

İcazə verdi - O, “düşmən” tərəfə keçə bilər

03.07.17 12:50 948
İcazə verdi - O, “düşmən” tərəfə keçə bilər
"Mançester Siti”nin qapıçısı Co Hart karyerasını "Mançester Yunayted”də davam etdirə bilər.
Kaspi.az xəbər verir ki, "qırmızı şeytanlar” Hartla ciddi maraqlanırlar. MY-nin qapıçısı David De Xeanın komandanı tərk etmə ehtimalı yaranıb. Onu "Real " transfer etmək istəyir.
De Xea "Real”a keçsə, "qırmız şeytanlar” onun yerinə Co Hartı transfer etməyi planlaşdırır. Məlumata görə, "Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Harta əzəli rəqib tərəfə keçməyə icazə verib.
Pep "Siti”yə baş məşqçi təyin ediləndən sonra Co Harta güvənmir. Qapıçı ötən mövsümü icarə əsasında İtaliya "Torino”sunda keçirib.
banner

Oxşar Xəbərlər