• cümə axşamı, 28 mart, 21:40
  • Baku Bakı 13°C

İbranın heykəlini yandırdılar

28.11.19 13:37 447
İbranın heykəlini yandırdılar
İsveçin Malmö şəhərində Zlatan İbrahimoviçə ucaldılmış abidə yandırılıb.
Kaspi.az xəbər verir ki, abidəni "Malmö” klubunun fanatları yandırıblar. Onlar səhər saatlarında abidənin ətrafına tualet unitazları və zibil torbaları yığıblar. Axşam isə ona od vurublar.
Böyük ehtimalla, İbranın heykəlinə qarşı bu hərəkət edənlər onun açıqlamasından qəzəbləniblər. Məlumat yayılıb ki, İbrahimoviç karyerasını İsveçin "Hammarbyu” klubunda davam etdirəcək.
Zlatan açıqlamasında bildirib ki, bu komanda və fanatları onun xoşuna gəlir. "Malmö”nün yetirməsi olan Zlatanın bu açıqlaması fanatlar tərəfindən satqınlıq kimi dəyərləndirilib.
banner

Oxşar Xəbərlər