İbrahimoviç Qattuzonu döyüşə çağırıb
Braziliyalı
futbolçu Robinyo "Milan”da çıxış edərkən üzləşdiyi hadisə barədə danışıb.
Kaspi.az
xəbər verir ki, Robinyo Zlatan İbrahimoviçin döyüşə çağırdığını bildirib. O,
Zlatanda özünəinam hissinin olduqca yüksək olduğunu vurğulayıb:
"Zlatan təkəbbürlüdür? Bəli, amma yaxşı mənada. Bu,
sadəcə etimad, özünəinamdır, öz gücünə əminlikdir.
İbrahimoviç
bir dəfə məşqdə olduğumuz zaman Qattuzonu ci-ciutsu qaydalarına uyğun döyüşə
çağırdı. Kim qalib gəldi? Zlatan həmişə qalib gəlir”.