• cümə, 19 Aprel, 09:05
  • Baku Bakı 13°C

I Avropa Oyunları Azərbaycan üçün əla fürsətdir - BP əməkdaşı

04.05.15 06:30 1000
I Avropa Oyunları Azərbaycan üçün əla fürsətdir - BP əməkdaşı
Birinci Avropa Oyunları Azərbaycanın öz təşkilatçılıq qabiliyyətini nümayiş üçün əla fürsətdir. Bu barədə Trend-ə Böyük Britaniyada BP şirkətinin əməkdaşı Patrik Smit bildirib.
Smit deyib: “Düşünürəm ki, Birinci Avropa Oyunları Azərbaycan üçün öz təşkilatçılıq qabiliyyətini, əfsanəvi qonaqpərvərliyini və ümumilikdə nəyə qadir olduğunu nümayiş etdirmək üçün əla fürsət olacaq”.
Onun sözlərinə görə, Birinci Avropa Oyunları ölkəyə turistlərin cəlb olunmasında rol oynayacaq.
Smit ümid edir ki, Birinci Avropa Oyunlarının tamaşaçıları Azərbaycanın mədəniyyəti və tarixi abidələri ilə yaxından tanış olacaq, ölkənin gəzməli yerlərini görmək üçün rayonları ziyarət edəcəklər.
Onun sözlərinə görə, Birinci Avropa Oyunlarının tamaşaçıları vətənlərinə qayıtdıqdan sonra onların ölkəmizlə bağlı fikirləri Azərbaycana daha çox turistin gəlməsinə imkan yaradacaq.
banner

Oxşar Xəbərlər