• cümə axşamı, 18 aprel, 19:15
  • Baku Bakı 21°C

Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfrans keçirilib

25.10.17 12:15 2268
Hüseyn Cavidin 135 illiyinə həsr olunan elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsində dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilən "Hüseyn Cavid: XX əsr Azərbaycan və dünya romantizminin görkəmli nümayəndəsi” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Hüseyn Cavidin həyat və yaradıcılığından, repressiya illərinin acı faciələrindən, görkəmli şairin istintaq olunması və uzaq Sibirə sürgün edilməsindən danışıb. Qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ədibin nəşi Vətənə gətirilib, məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb.
Akademik ölkə rəhbərliyi tərəfindən Cavidlər irsinə göstərilən diqqət və qayğının bütövlükdə Azərbaycan ədəbiyyatına verilən dəyər olduğunu bildirib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov "Hüseyn Cavid: taleyi və sənəti”, həmin şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov "Hüseyn Cavid fəaliyyətinin Naxçıvan dövrü”, Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov "Hüseyn Cavid və Naxçıvan teatrı” mövzusunda məruzələrlə çıxış ediblər.
banner

Oxşar Xəbərlər