• cümə axşamı, 25 aprel, 16:47
  • Baku Bakı 23°C

Hüseyn Bağırov və BMT nümayəndəsi Qızılağac Dövlət Qoruğunda olublar

25.05.17 16:10 1266
Hüseyn Bağırov və BMT nümayəndəsi Qızılağac Dövlət Qoruğunda olublar
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov vəBMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəBMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Qızılağac Dövlət Qoruğuna səfər ediblər.
APA-nın cənub bürosunun xəbərinə görə,səfər "Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəBMTİP tərəfindən həyata keçirilir və Qlobal Ekoloji Fond (QEF) tərəfindən maliyyələşdirilir.
Bu səfərin məqsədi layihənin inkişafını və gələcəkdə həyata keçiriləcək tədbirlərə baxış keçirmək olub. Layihə çərçivəsində Qızılağac qoruğu üçün yeni inzibati bina tikilibvə qoruqda qeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq üçün kanallar qazılıb. Layihə çərçivəsində Qızılağac qoruğununGIS elektron xəritəsini tərtib olunub. Bundan əlavə, layihə komandası meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri də daxil olmaqla onların iş şəraitini yaxşılaşdırılmasını planlaşdırır. Həmçinin, bacarıqların artırılması üzrə işçi heyətinə təlimlər təşkil olunacaq, idarəçilik və maliyyə planlarının, eləcə də dəniz və sahilyanı qorunan ərazilərinin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac qoruğunun milli parka çevrilməsinə kömək ediləcək.
banner

Oxşar Xəbərlər