• cümə axşamı, 25 aprel, 11:12
  • Baku Bakı 14°C

“Hüquq-mühafizə orqanlarından qovulanların vəkilliyə başlamaları araşdırılmalıdır”

31.10.17 17:23 894
“Hüquq-mühafizə orqanlarından qovulanların vəkilliyə başlamaları araşdırılmalıdır”
"Hüquq-mühafizə orqanlarından oğruluq, rüşvət üstündə qovulanlar sonradan vəkil olurlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputatSiyavuş Novruzovdeyib.

Millət vəkili əlavə edib ki, bu məsələ araşdırılmalıdır və nəzarətdə saxlanılmalıdır: "Onlar necə vəkil ola bilər? Həmin şəxslər vəkillik edərkən də qaranlıq yollar axtaracaq. Bunlar hüquqlarının müdafiə etdiyi şəxslərinin hüququnu qorumaq əvəzinə, hakimlə qeyri-qanuni danışığa cəhd edir, şantaj edir və s. Onlar vəkil adına ləkədir. Burada müştərisinin hüququnu müdafiə edə bilmir, guya Avropaya üz tutur. Parta arxasında oturanlar belə "vəkil”lərdən daha ciddidir”.
banner

Oxşar Xəbərlər