AZE | RUS | ENG |


"Huffington Post": Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi sayəsində ölkədəki tədbirlərin böyük uğuru təmin olunub

Bütün dünyanın diqqətinin Donald Trampın Səudiyyə Ərəbistanının liderlərinə müraciətinə yönəldiyi bir vaxtda, digər müsəlman ölkəsində böyük beynəlxalq tədbir keçirilib.

Trend-in məlumatına görə, bu, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "Huffington Post” qəzetində dərc olunan məqaləsində yer alıb.

Məqalədə yazılıb: "Azərbaycan Respublikası bu ay IV İslam Həmrəyliyi Oyunlarını keçirib. Son müddətdə müxtəlif idman və mədəniyyət tədbirlərini keçirən Bakı bu dəfə də baxımlı və heyranedici şou təşkil edib”.

Müəllif qeyd edib ki, Bakıda keçirilmiş Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitələrinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etməsi rəmzi xarakter daşıyıb. Onun rəhbərliyi sayəsində bu tədbirlərin böyük uğur əldə etməsi təmin olundu".

E.Süleymanov yazır: "ABŞ-ın dözümsüzlüyün yayılmasının qarşısının alınması üçün konkret addımların atılması məqsədilə müsəlman dostlarına müraciət etməsindən əvvəl, Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və bərabərliyin təşviq olunması yolunda ciddi cəhdlə çalışırdı. Azərbaycanın ABŞ, Avropa, İsrail və müsəlman ölkələri ilə tərəfdaşlıqda irəli sürdüyü təşəbbüslər qlobal miqyasda əldə edilmək istənən müxtəlifliyi qeyd etməyə və öz strateji mövqeyindən səmərə əldə etməyə imkan verən nümunədir”.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2469
TRY 1 Türk lirəsi 0.4627
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0063
CHF 1 İsveçrə frankı 1.7339
USD 1 ABŞ dolları 1.7001