Hotellər karantindən sonra qonaqların qəbuluna və yerləşdirilməsinə xüsusi diqqət ayıracaq
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ili "Pandemiya
dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi
hazırlığı" mövzusunda onlayn müzakirə keçirilib.
Müzakirələrdə karantin dövründən sonra hotellərin fəaliyyəti, təklif olunan
xidmətlərdə yeni qiymət siyasəti, hotellərdə sanitariya və gigiyena qaydalarına
riayət olunması, qonaqların qarşılanması və yerləşdirilməsi kimi mövzular
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət
Hacıyev öz çıxışında karantin dövründən sonra daxili turizmin inkişaf
etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün
turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu
bildirib. O pandemiyadan sonra daxili turizmə marağı artırmaq üçün turizm
şirkətlərini və hotelləri yeni təkliflər üzərində işləməyə çağırıb.
Müzakirlərdə çıxş edən hotel şəbəkələrinin rəhbər şəxsləri pandemiyadan sonra
vətəndaşlara göstərilən turizm xidmətlərində yeni norma və standartların,
xüsusi yanaşmaların tədbiq ediləciyini diqqətə çatdırıblar.
Belə ki artıq vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların
hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin
saxlanılması təmin olunacaq. Eyni zamanda hotel nömrələrindən istifadə edən
müştəri, hoteldən çıxş etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs
buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni
müştərilərin istifadəsinə veriləcək.
Daha bir yenilk isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq
bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin
saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul
olunmasıdır.
Artıq bunun üçün hotellər tərəfindən karantin dövründə işçi peronalına xüsusi
təlimlər də keçirilib.
Yay mövsümündə vətəndaşlara hotellər tərəfindən müxtəlif endirimli paketlərin
və kompaniyaların da təklif olunacağı bildirilib.
Müzakirələrdə həmçinin Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm
Bürosunun hazırladığı SAHMAN proqramı haqqında da spikerlərə geniş məlumat
verilib. Dövlət Turizm Agentliyinin turizm sənayesi və layihələrlə iş
sektorunun mudiri Günay Bayramova bununla bağlı artıq onlayn təlimlərin
keçirildiyini və bu proqramın yerləşdirmə, xidmət və nəqliyyat vasitələrində
tədbiq olunmasının vacib amil olduğunu bildirib. Eyni zamanda qurum rəsmisi
hotellərdə COVİD-19 virusunun yayılmaması üçün hər bir hoteldə xüsusi
izolyasiya otağının olmasını təklif edib.
Hotel rəsmiləri təmsil etdikləri yerləşdirmə mərkəzlərinin yay mövsümündə
fəaliyyətlərinin və xidmət göstərmələrinin qərərgahın verdiyi tapşırıq və
tövsiyyələrə əsasən tənzimlənəcəyini bildirib.
Onlayn müzakirələrin videosuna aşağıdakı linkə daxil olaraq izləyə bilərsiz
https://www.youtube.com/watch?v=uvlXF4haTp4&feature=youtu.be