• şənbə, 20 Aprel, 12:21
  • Baku Bakı 23°C

“Hobbit”in ikinci hissəsinin premyerası olacaq

16.12.13 13:18 1213
“Hobbit”in ikinci hissəsinin premyerası olacaq
Dekabrın 19-dan yazıçı C.R.Tolkinin “Hobbit, yaxud Ora və geriyə” əsəri əsasında rejissor Piter Ceksonun “Hobbit. Smauq boşluğu” kino trilogiyasının 2-ci hissəsi “Park Cinema”-nın ekranlarına çıxacaq.
Birinci hissəsi kimi, filmin ikinci hissəsi də saniyədə 48 kadr sürəti ilə yüksək keyfiyyətli görüntü təmin edən “RED Epic” kameraları ilə çəkilib.
Ötən il “Hobbit” “Park Cinema”-da nümayiş olunarkən, tamaşaçılara unudulmaz hisslər yaşatmışdı. Ekranda baş verən hadisələrin realizmi müqayisə olunmaz idi.
Kinoteatrın PR meneceri Nərgiz Rəfiyevanın sözlərinə görə, filmin üçüncü hissəsi artıq yeni kinoteatrda İMAX 3D formatında təqdim olunacaq:
“Biz durmadan inkişaf edirik. Bununla tamaşaçılarımıza yalnız əla kino, yüksək keyfiyyət və çoxsaylı yeniliklər təqdim etmiş oluruq. Ötən ay “Park Bulvar”-dakı multipleksimizdə avadanlıq və ekranların yeniləndirilməsi təbii ki, səs və görüntüdə öz müsbət əksini tapıb”.
banner

Oxşar Xəbərlər