• çərşənbə, 24 Aprel, 16:21
  • Baku Bakı 27°C

“Hindular” hazırdır - Onu ən ödənişli futbolçu etməyə

01.05.17 13:20 1304
“Hindular” hazırdır - Onu ən ödənişli futbolçu etməyə
Madrid "Atletiko”su hücumçusu Antun Qrizmannı komandada saxlamaq üçün bütün mümkün variantlardan yararlanmaq niyyətindədir.
Kaspi.az xəbər verir ki, "hindular” Qrizmannın məvacibini artırmağa, onu klubda ən ödənişli futbolçu statusuna qaldırmağa hazırdı. Qüvvədə olan müqaviləyə görə, Qrizmannın illik məvacibi 8 milyon avrodur. Ancaq rəhbərlik onun illik məvacibini 12 milyon avroya qaldırmağı planlaşdırır.
Belə olacağı halda, 26 yaşlı futbolçu hamıdan yüksək məvacib alacaq. Qrizmannla "Mançester Yunayted” və "Real” ciddi maraqlanır. Onu almaq istəyən klub 100 milyon avro ödəməlidir.
Qrizmann bu mövsüm İspaniya çempionatında 33 oyun keçirib, 16 qol vurub, 7 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər