• cümə axşamı, 28 mart, 13:11
  • Baku Bakı 16°C

Hindistan və Çin əsgərləri arasında toqquşma olub

25.01.21 11:45 361
Hindistan və Çin əsgərləri arasında toqquşma olub
Hindistan və Çin əsgərləri arasında toqquşma olub.
APA-nın "Times of India”ya istinadən verdiyi xəbərə görə, toqquşma Hindistan ərazisində Naku-La keçidində baş verib.
Bildirilib ki, ölkə ərazisinə girməyə cəhd edən Çin hərbçilərinin qarşısı Hindistan hərbçiləri tərəfindən alınıb.
Toqquşma zamanı 20 çinli və 4 hindistanlı əsgər yaralanıb. Ərazidə vəziyyətin artıq nəzarət altında olduğu bildirilir.
Qeyd edək ki, toqquşma Hindistan və Çinin yüksək rütbəli hərbiçiləri arasında hərbi danışıqların doqquzuncu mərhələsi keçirilən ərəfədə baş verib.

banner

Oxşar Xəbərlər