• cümə, 19 Aprel, 23:15
  • Baku Bakı 24°C

Hikmət Hacıyev: “Minaların təmizlənməsi prosesində BMT təsisatları ilə əməkdaşlıq edirik”

05.04.21 10:13 355
Hikmət Hacıyev: “Minaların təmizlənməsi prosesində BMT təsisatları ilə əməkdaşlıq edirik”
"Azərbaycan QHT-ləri və mətbuat mina təhlükəsi ilə bağlı Azərbaycan əhalisinin maarifləndirilməsində aktiv iştirak edir”.
APA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi deyib ki, Azərbaycanın həm mülki əhalisi, həm də hərbçiləri mina təhlükəsinə məruz qalır: "Minaların təmizlənməsi çətin və böyük maliyyə tələb edir. BMT təsisatları, ayrı-ayrı ölkələrlə işğaldan azad olunmuş minaların təmizlənməsi prosesində aktiv əməkdaşlıq edirik”.

banner

Oxşar Xəbərlər