AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

HHM bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını tutublar

HHM bölmələri təlim-döyüş tapşırıqlarının icrası üçün mövqe rayonlarını tutublar

Təfsilat
21 May 2020, 09:51 189
Genişmiqyaslı əməliyyat-taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

HHM-in döyüş heyətləri, həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikası düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.