• çərşənbə, 17 Aprel, 03:09
  • Baku Bakı 14°C

Heyvandarlıq məhsulları istehsalı artıb

07.04.20 11:15 588
Heyvandarlıq məhsulları istehsalı artıb
Cari ilin birinci rübündə Ağsu rayonunun heyvandarları uğurlu nəticələr əldə ediblər. Koronavirus (COVİD-19) epidemiyasının yayılma təhlükəsi şəraitində fermerlər və fiziki şəxslər məhsul istehsalında artıma nail olublar.
Rayon statistika idarəsindənAZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda məhsul istehsalı 2020-ci ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, üç ayda diri çəkidə 1313 ton ət istehsal edilib ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5 ton çoxdur. Habelə, süd istehsalı 10 ton artaraq 6994 tona, yumurta istehsalı 153 min ədəd çoxalaraq 4 milyon 142 min ədədə çatıb.
Qeyd edək ki, hazırda rayonda 38 min 359 baş iribuynuzlu, 183 min 527 baş davar var.
banner

Oxşar Xəbərlər