• şənbə, 20 Aprel, 09:50
  • Baku Bakı 14°C

Heydər Əsədov Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının həmsədri olub

26.09.17 09:35 718
Heydər Əsədov Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının həmsədri olub
Prezidentİlham Əliyev"Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 6 mart tarixli 2708 nömrəli sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
"APA-Economics" xəbər verir ki, sərəncama əsasən, komissiyanın Azərbaycan tərəfdən həmsədriHeydər Əsədovtəyin olunub.
Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Bolqarıstan tərəfinə müvafiq bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, dəyişikliyədək bu vəzifəni sabiq nəqliyyat naziriZiya Məmmədovtutub.
Xatırladaq ki, prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cari ilin fevral ayında Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin əsasında Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyiyaradılıb, yeni yaradılan qurumun rəhbəri isə Ramin Quluzadə təyin olunub. 2003-cü ildən etibarən nəqliyyat naziri olanZiya Məmmədovvəzifəsini itirməli olub.
banner

Oxşar Xəbərlər