• cümə, 19 Aprel, 19:20
  • Baku Bakı 24°C

Heydər Əliyevin xatirəsinə həsr olunacaq yarışla bağlı TƏDBİR

28.04.16 17:02 1432
Heydər Əliyevin xatirəsinə həsr olunacaq yarışla bağlı TƏDBİR
Beynəlxalq Mətbuat mərkəzində mərhum eks-prezident Heydər Əliyevin doğum günü münasibəti ilə Azərbaycan "Pencak Silat” federasiyasının mətbuat konfransı kecirilib. Modern.az xəbər verir ki, konfransda Pencak Silat federasiyasının nümayəndələri, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Vanani, Özbəkistan "Pencak Silat” federasiyasının nümayəndəsi iştirak edib. "Pencak Silat” növünün tarixindən bəhs olunub.
İndoneziyanın Sumatra adasında yarandığı ehtimal olunan "pencak silat” idmanı indoneziyalıların adət ənənəsini özündə yaşadır. Azərbaycan "Sindo-ryu və Pencak Silat” federasiyası 1996-cı ildən təsis olunub. Federasiyanın 11 nəfərdən ibarət idarə heyəti var. Hazırda federasiyanın 25 rayonda məktəbi fəaliyyət göstərir. Əlbəyaxa döyüş növü olan və gənclərdə ceviklik, iradə, əzm və özünə inam yaradan "pencak silat”a maraq günü-gündən artır. Bunu nəzərə alan Federasiya rəhbərliyi bildirib ki, 30 aprel-1 may tarixləri arasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş X Azərbaycan birinciliyi və çempionatı keçiriləcək. Tədbir Sərhədçi İdman kompleksində keçiriləcək. Qeyd edək ki, Azərbaycan " Sindo-ryu və Pencak-Silat” federasiyası hər il belə tədbiri keçirir.
banner

Oxşar Xəbərlər