• cümə, 29 Mart, 03:11
  • Baku Bakı 7°C

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

23.02.17 13:30 1176
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
Öncə Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və foto güşəyə baxış keçirilib. Daha sonra anım təbdiri Sarayın tamaşaçı zalında davam edib. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Heydər Əliyev Sarayının direktoru Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev geniş məruzə ilə çıxış edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalısoyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən və xocalıların qeyri-bərabər döyüşdə erməni hərbi birləşmələrinə qarşı igidliklə döyüşmələrindən bəhs edib. Soyqırım qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, hər il soyqırımla bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirlərinin düzənləndiyini qeyd edib.
Azərbaycan tarixində baş verən ən qanlı hadisələrdən birinin canlı şahidləri olan Xocalı sakinləridə tədbirdə çıxış edərək, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalmaqlarından danışıblar.
Sonda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyiqeyd olunaraq, Heydər Əliyev Fondu tərəfindən xarici auditoriya üçün hazırlanan "Xocalıya Ədalət” (Справедливость для Ходжалы) sənədli filmi nümayiş etdirilib.
banner

Oxşar Xəbərlər