• cümə, 29 Mart, 06:02
  • Baku Bakı 5°C

Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək

16.05.17 15:40 1360
Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək
İyunun 4-də Heydər Əliyev Sarayında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən "Kaspi"-yə verilən məlumata görə, konsertdə Azərbaycan, Rusiya (Dağıstan), Ukrayna və Gürcüstandan olan rəqs kollektivləri iştirak edəcək. Tamaşaçılar rəqs kollektivlərinin ifasında milli, dünya və muasir rəqsləri izləyə biləcəklər.
Saat 16:00-da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.
Qeyd edək ki, "APAHolding” konsertin informasiya dəstəkçisidir.
banner

Oxşar Xəbərlər