AZE | RUS | ENG |


Heydər Əliyev Sarayında “Muğam milli sərvətimizdir” adlı konsert olacaq

Heydər Əliyev Sarayında “Muğam milli sərvətimizdir” adlı konsert olacaq
Mayın 31-də Heydər Əliyev Sarayında muğam ifaçılarının iştirakı ilə "Muğam milli sərvətimizdir” adlı konsert proqramı keçiriləcək.
 
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, konsertdə tanınmış xanəndələr, xalq artistləri Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Simarə İmanova, əməkdar artist Sevinc Sarıyeva və muğam müsabiqələrinin qalibi və laureatları olan muğam ifaçıları Sərxan Bünyadzadə, Ariz Hüseynov, Nigar Rəhimova, Günay İmamverdiyeva, Mehman Hüseynov, Elgiz Əliyev, Xətai Hacıyev, Babək Şuşalı, Rüstəm Rüstəmzadə, Səfalı Mirzəliyev, Kamilə Nəbiyeva, Vüqar Qarabağlı, Hüseyn Məlikov, Sədəf Budaqlı, Ayşən Mehdiyeva, Ağaşükür Nəsirov, Habil Nuran iştirak edəcəklər.
 
Saat 19:00–da baş tutacaq konsertin biletlərinin qiyməti 10-40 manatdır.
 
Qeyd edək ki, "APA Holding” konsertin informasiya dəstəkçisidir.  





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022