• cümə axşamı, 28 mart, 19:46
  • Baku Bakı 13°C

Heydər Əliyev Sarayında Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçirilib

05.06.17 13:40 1395
Heydər Əliyev Sarayında Emin Sabitoğlunun mahnılarından ibarət konsert keçirilib
Heydər Əliyev Sarayındaxalq artisti Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçirilib.
Sarayın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, tədbirdə "Mədəniyyət” kanalının direktoru Ramil Qasımov çıxış edib və o, Azərbaycan musiqi mədəniyyətində Emin Sabitoğlu yaradıcılığının möhtəşəmliyindən danışıb.Xatirə gecəsində xalq artisti Flora Kərimova Emin Sabitoğlu ilə bağlı xatirələrini bölüşüb. İki hissəli konsertdə xalq artisti Brilliant Dadaşova, Akif İslamzadənin ifasında illərlə "Bu gecə” mahnısını ifa edib.
Gecə boyu xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülyaz Məmmədova, Ənvər Sadıqov, İlham Namiq Kamal, əməkdar artistlər Aqşin Abdullayev, Zakir Əliyev, Lalə Məmmədova, Almaz Orucova, İnarə Babayeva, Rəşad İlyasov, müğənnilər Kamilə Nəbiyeva, Elton Hüseynəliyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Emiliya Yaqubova, Zabitə Alıyeva, Rövşən Əziz, Nigar Şabanova, Nurlan Əzizbəyli, Ayşən Mehdiyeva, İlahə Əfəndiyeva, "Sevil” qrupu və başqaları çıxış edib.
Müğənniləri səhnədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri, Gülarə Əliyeva adına "Dan ulduzu” instrumental ansamblı və "Qaytağı” instrumental ansamblı müşayiət edib.
Gecədə bəstəkarın "Bakı sabahın xeyir”, "Uzaq yaşıl ada”, "Payız gəldi”, "Bu gecə”, "Şükriyyə”, "Alagözlüm”, "Çiçək yağışı”, "Ayrılma məndən”, "Bağışla”, "Neyləyim”, "Aman ayrılıq”, "Qəlbimdə qaldın”, "Əlvida”, "Dərələr” və s. sevilən mahnıları səsləndirilib. Konsertin sonunda bəstəkarın "Azərbaycan” mahnısı təqdim olunub.
Konsert "Mədəniyyət” kanalının və Azərbaycan radiosu, eləcə də Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə baş tutub.
"APAHolding” konsertin informasiya dəstəyidir.
banner

Oxşar Xəbərlər