• çərşənbə, 24 Aprel, 10:52
  • Baku Bakı 13°C

Heydər Əliyev Sarayında Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək

01.04.17 19:43 938
Heydər Əliyev Sarayında Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək
Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
Sarayın mətbuat xidmətindənAZƏRTAC-a bildirilib ki, həmin gün Azərbaycan Dövlət Rəqs Ansamblının "Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı və "Koroğlu” bir pərdəli milli baletinin premyerası olacaq.
Konsertin bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın Xalq Artisti Dikalu Muzakaevdir.
Biletləri iticket.az saytından onlayn, şəhərin kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
banner

Oxşar Xəbərlər