• cümə axşamı, 25 aprel, 17:50
  • Baku Bakı 23°C

Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur

10.05.16 11:00 1390
Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur

5 may 2016-cı il tarixində Binəqədi rayon icra hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Konfransda Milli Məclisinin üzvləri Nizami Cəfərov, Şəmsəddin Hacıyev, Mixail Zabelin, Elman Nəsirov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov məruzələrlə çıxış etmişlər. "Heydər Əliyevin idarəetmə məktəbi” mövzusunda çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Ulu Öndər Heydər Əliyevin hər bir azərbaycanlının həyatında dərin iz qoyduğunu vurğulayıb. Çıxışlar sona çatdıqdan sonra C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi - Ümummilli Lider Heydər Əliyevin irsinin öyrənilməsi və təbliğində xidmətlərinə görə, rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Teatrın direktoru İftixar Piriyev ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi poema və pyeslərə, həmçinin ümummilli liderin bədii obrazının mükəmməl ifasına görə başçı tərəfindən yüksək ödüllə mükafatlandırıldı. Teatrın rəhbəri kollektivə göstərilən diqqətə görə başçıya "Ölməz ulu öndərin ölməz irsini təbliğ etməkdən qürur duyuruq” sözləri ilə təşəkkür bildirib.

banner

Oxşar Xəbərlər