• cümə axşamı, 25 aprel, 03:01
  • Baku Bakı 19°C

Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi keçirilib

10.06.17 16:50 1257
Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün idman dərsi keçirilib
Bu gün səhər saatlarında Heydər Əliyev Mərkəzinin parkında uşaqlar idman dərsi təşkil olunub.
MərkəzdənAPA-ya verilən məlumata görə, bir saatdan artıq davam edən dərsdə uşaqlar müxtəlif idman hərəkətləri edib, musiqi sədaları altında əyləncəli vaxt keçiriblər.
Dərsi idman ustası, 5 qat respublika çempionu, Avropanın vitse-çempionu, bədii gimnastika, Tonus klubunun müalicəvi bədən tərbiyəsi və streçinq üzrə məşqçisi Aelita Xələfova keçib.
Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onlar arasında idmana maraq və sevgini artırmaq məqsədi daşıyan dərsə giriş sərbəst və ödənişsiz olub.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkı şəhər sakinləri və qonaqların dincəldiyi, asudə vaxtlarını keçirdiyi ən sevimli məkanlardandır. Parkda həmçinin mütəmadi olaraq müxtəlif proqramlar-idman dərsləri, yoqa sessiyaları, konsert və s proqramlar da təşkil edilir.
Bu axşam 20:30-da isə Mərkəzin parkında dj Kənan və tarzən Azər Abbasovun iştirakı ilə açıqhavakonserti olacaq. Konsertə giriş sərbəstdir.
banner

Oxşar Xəbərlər