• cümə axşamı, 28 mart, 16:58
  • Baku Bakı 16°C

Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və idman dərsi təşkil edilib

02.07.17 14:55 1488
Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və idman dərsi təşkil edilib
İyulun 1-də Heydər Əliyev Mərkəzinin parkında tanqo şou və master-klas keçirilib.
Heydər Əliyev MərkəzindənAPA-ya verilən məlumata görə, parkda dincələnlər müxtəlif yaşda tanqosevərlərin gözəl rəqsini seyr ediblər.
Latın Amerikası rəqsləri üzrə dəfələrlə Azərbaycan çempionu İlham Osmanov iştirakçılara ustad dərsi də verib. Bazar günü səhər isə uşaqlar üçün idman dərsi olub. 5-16 yaşlı uşaqlar və yeniyetmələr Mərkəzin parkında 5 dəfə Azərbaycan çempionu, Avropanın vitse-çempionu, "Tonus” klubunun məşqçisi Aelita Xələfovanın iştirakı ilə 1 saatdan artıq müddətdə səhər idmanı ediblər.
banner

Oxşar Xəbərlər