• cümə, 26 Aprel, 00:35
  • Baku Bakı 16°C

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.17 15:43 1576
Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib
Heydər ƏliyevMərkəzinin parkında uşaqlar arasında şahmat turniri keçirilib.
Mərkəzdən "Report"a verilən məlumata görə, turnirdə 5-16 yaşlı şahmatçılar iştirak edib.
İki saatdan artıq davam edən turnirdə əvvəlcədən qeydiyyatdan keçərək 100 iştirakçı yarışıb. Turnirə beynəlxalq dərəcəli hakim Ülkər Umudova və "Ağ At" şahmat klubunun müəllimləri nəzarət edib.
Turnirin qalibləri: 1-ci yer Kanlı Alperen, 2-ci yer İzzət Quliyev, 3-cü yer İsmayıl Qurbanov.
Qaliblər sertifikat və medallarla təltif olunub.
Tədbirin məqsədi uşaq və yeniyetmələrin, şahmatsevərlərin açıq havada səmərəli asudə vaxtının təşkilidir.
banner

Oxşar Xəbərlər