• cümə, 29 Mart, 15:57
  • Baku Bakı 14°C

Heydər Əliyev Mərkəzinin parkında müğənni Xəyyam Nisanovun konserti olub

30.07.17 18:23 1809
Heydər Əliyev Mərkəzinin parkında müğənni Xəyyam Nisanovun konserti olub
Şənbə günü Heydər Əliyev Mərkəzinin parkında müğənni Xəyyam Nisanovun solo konserti olub.
AZƏRTACxəbər verir ki, Mərkəzin parkında həftə sonları təşkil olunan ənənəvi istirahət proqramları çərçivəsində bu dəfə Xəyyam Nisanov gözəl mahnılar və şou proqramını canlı ifası ilə tamaşaçılara təqdim edib.
İki saata yaxın davam edən konsertdə Mərkəzin parkında dincələn yüzlərlə sakin və qonaqlar gözəl həftəsonu keçiriblər.
Qeyd edək ki, Mərkəzin parkında hər həftə müxtəlif əyləncə və istirahət proqramları təşkil olunur. Bu tədbirlərə giriş sərbəstdir.
banner

Oxşar Xəbərlər