• cümə, 29 Mart, 16:12
  • Baku Bakı 14°C

Heydər Əliyev Mərkəzinə ekskursiya – Fotolar

10.12.16 15:51 2495
Heydər Əliyev Mərkəzinə ekskursiya – Fotolar
Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Təşkil edilmiş ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, partiyanın aktivləri, rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və Naxçıvan şəhərinə səfər etmiş məktəblilər iştirak ediblər. Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Həmçinin onlar dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar. Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.






banner

Oxşar Xəbərlər