• cümə axşamı, 28 mart, 23:09
  • Baku Bakı 13°C

Heydər Əliyev fondu Nərimanovun oğlu haqda kitab hazırlatdırır

10.06.14 10:00 1096
Heydər Əliyev fondu Nərimanovun oğlu haqda kitab hazırlatdırır
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məşhur rusiyalı yazıçı-tədqiqatçı Rudolf İvanov görkəmli dövlət xadimi Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanov haqqında tədqiqat əsəri yazacaq. Trend Fondun saytına istinadən xəbər verir ki, hazırda müəllif bu məqsədlə materiallar toplayır.
Bu işdə müəllifə Nəriman Nərimanovun ev-muzeyi də yardım edir. Artıq muzey tərəfindən görkəmli siyasətçi və dövlət xadiminin "Oğluma bitməmiş məktub"unun əlyazmasının surəti və məzmunu, Nəcəf Nərimanovun 1942-ci ildə cəbhədə, hərbi geyimdə çəkilmiş fotoşəkli Rudolf İvanova göndərilib.
banner

Oxşar Xəbərlər