• cümə, 29 Mart, 10:01
  • Baku Bakı 5°C

Heydər Əliyev Fondu bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib - VİDEO

30.03.20 19:52 692
Heydər Əliyev Fondu bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib - VİDEO
Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib.
FonddanAPA-ya verilən məlumata görə, Fondun daimi himayəsində olan körpələr və uşaq evləri, internat məktəbləri, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzinin yerləşdiyi bina və ərazilər dezinfeksiya olunub.
Eyni zamanda qeyd olunan müəssisələrə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb. Həkim briqadaları xüsusi karantin rejimi çərçiəsində zəruri profilaktik tədbirlər barədə müəssisələrin sakinləri və işçi heyətə təlimlər keçib.
Həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib. Virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.
banner

Oxşar Xəbərlər