Həyat yoldaşı elə bilir ki, məşuqəsinin yanındadır
Kişilər futbolu nə qədər çox sevirlərsə, əksə qadınlar da bu oyuna
nifrət edirlər.
Elə məhz kişilərə görə. Qadınlar hesab edirlər ki, kişilər futbolu
onlardan çox sevirlər. Futbol kişi ilə qadın arasında müəyyən problemlər də
yaradır.
Kaspi.az xəbər verir ki, Moskva "Spartak”ının fanatı da belə
problemlə üzləşib. O, sevimli komandasının oyununu stadionda izləyib. Ancaq ona
da əmin olub ki, evə qayıdandan sonra həyat yoldaşı ilə problem yaşayacaq.
Fanat bu məsələni həll etmək üçün unikal çıxış yolu tapıb. O, oyunu
çəkən telekanal əməkdaşlarına müraciətlə plakat açıb. Plakatda belə yazılıb:
"Məni televizorda göstərin. Həyat yoldaşım elə bilir ki, məşuqəmin
yanındayam”.
"Spartak” Rusiya çempionatının ilk turunda "Soçi”yə qalib gəlib –
1:0.