• cümə axşamı, 28 mart, 17:00
  • Baku Bakı 16°C

Həyat onlarla daha rəngarəngdir - Reportaj

18.11.16 11:15 2408
Həyat onlarla daha rəngarəngdir - Reportaj
"Nitq və eşitmə məhdudiyyətimiz olduğuna görə başqaları kimi işləyə-işləyə təcrübə qazanmaq imkanımız yoxdur. Buna görə bizim üçün yaradılan şəraitdən istifadə etməli, təlimlərdə var gücümüzlə mükəmməl öyrənməliyik ki, işləyəndə bizə asan olsun. Qrafik dizayn proqramını öyrənəndən sonra inanırıq ki, reklam şirkətləri, nəşriyyatlarda iş tapmaq imkanımız olacaq”.
Bu sözləri bizimlə söhbətində "Həyat bizimlə daha rəngarəng” şüarı altında reallaşdırılan layihənin iştirakçısı Kəmalə Məcidova bildirdi. Kəmalə ailəlidir, bir oğlu var. Dərzi işləyir. Deyir ki, dərzilik onun üçün ağırdır. Buna görə dizayn proqramını öyrənib? bu sahə üzrə çalışmaq istəyir.
"Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən və ünsiyyət məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiyasına dəstək olan layihəni işıqlandırmaq üçün "Təlim məktəbi”nə üz tutduq. 20 nəfərə yaxın nitq və eşitmə imkanları məhdud olan gəncin toplaşdığı otaqda dizayn dərsi keçirilirdi. Təlimlər ünsiyyət problemi olan gənclər üçün xüsusi tərcüməçi vasitəsilə reallaşırdı.



banner

Oxşar Xəbərlər