• çərşənbə, 24 Aprel, 08:46
  • Baku Bakı 13°C

Həştərxanda Xəzəryanı ölkələrin sammiti başlayıb

29.09.14 15:34 1373
Həştərxanda Xəzəryanı ölkələrin sammiti başlayıb
Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammiti başlayıb. APA-nın məlumatına görə, sammitdə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov və İran prezidenti Həsən Ruhani iştirak edirlər.
Toplantıda Xəzərin hüquqi statusu ilə bağlı məsələlər və regionun təhlükəsizliyi müzakirə olunacaq.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov daha öncə bildirmişdi ki, sammitdə Xəzərin hüquqi statusu haqqında siyasi bəyanat qəbul ediləcək və bir sıra razılaşmalar imzalanacaq. O qeyd edib ki, bəyanatda akvatoriyanın delimitasiyası üzrə razılaşdırılmış müddəaları əks etdirmək mümkün olub.
banner

Oxşar Xəbərlər