• cümə, 29 Mart, 03:34
  • Baku Bakı 7°C

Həştərxan qubernatoru Azərbaycan rəhbərliyinə bir sıra kommersiya layihələri təqdim edəcək

12.12.17 14:20 2495
Həştərxan qubernatoru Azərbaycan rəhbərliyinə bir sıra kommersiya layihələri təqdim edəcək
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin gələn həftə Azərbaycana səfər edəcək.

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində A.Jilkin bir sıra kommersiya layihələrinin reallaşdırılmasını müzakirə edəcək. Bildirilir ki, qubernator ölkə rəhbərliyi ilə görüşündə 2018-ci ildə reallaşdırılması nəzərdə tutulan layihələrlə bağlı təkliflər irəli sürəcək.

"Məhz azərbaycanlı investorlar 2017-ci ildə sürətlə inkişaf edən "Lotos" xüsusi iqtisadi zonasının ilk xarici iştirakçıları oldular. Azərbaycan ATEF şirkətlər qrupu elektrotexniki avadanlıqların istehsalı üçün nəzərdə tutulmuş zavodun tikintisinə başlayıb. Layihə üçün sifariş verilən investisiyaların məbləği 1,1 milyard rubldan çoxdur", - deyə o vurğulayıb.
banner

Oxşar Xəbərlər