• cümə, 29 Mart, 12:26
  • Baku Bakı 14°C

Həsən Ruhani: “Nüvə proqramına dair sənəd imzalanmasaydı, İran neft satışında problemlə üzləşəcəkdi”

18.01.17 12:10 1055
Həsən Ruhani: “Nüvə proqramına dair sənəd imzalanmasaydı, İran neft satışında problemlə üzləşəcəkdi”
İran prezidentiHəsən Ruhaniötən gün Tehranda yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirib.
APA-nın Tehran bürosunun məlumatına görə, Ruhani nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) imzalanmasının İran iqtisadiyyatı üçün çox faydalı olduğunu vurğulayıb: "Bu, olmasaydı, ölkə neft satışında və büdcənin təminində problemlə üzləşəcəkdi. Biz HBFP razılaşması ilə dünyaya sübut etdik ki, İran xalqı və sistemi haqlı tərəfdir. Bu sistemə böhtan atanlar bu gün dünya tarixi qarşısında başı aşağı olmalıdır”.
İran prezidenti ABŞ-ın yeni prezidentinin HBFP-nin dayandırılacağına dair sözlərinə münasibət bildirib: "HBFP bu demək deyil ki, kimsə hardasa seçiləcəksə, razılaşmanı pozacaq. ABŞ prezidentinin bu plandan xoşu gəlməyə bilməz. O bilmir ki, HBFP xeyrinədir. Amerikanların HBFP ilə bağlı öhdəliklərini yerinə yetirmədikləri barədə deyilənlər düzdür. Özümüzü hər cür vəziyyətə hazırlamalıyıq”.
H. Ruhani qarşıdan gələn prezident seçkilərində Nəzarət Şurasının onun namizədliyinin qeydiyyata almadığına dair yayılan məlumatlara münasibət bildirərkən deyib ki, bu, şayiədir. Hələ seçkilərə çox vaxt var.
RuhaniSuriyaböhranı ilə bağlı Astanada keçiriləcək görüşlə bağlı bildirib ki, bu münaqişənin həlli bir və ya iki məsələdən ibarət deyil: " Çalışırıq ki, Astanada atacağımız ilk addım sonuncu addım olmasın, başlanğıc olsun və davam etsin. Suriyada silahlı qruplaşmaların harada olduğu bilinmir? İŞİD və "əl-Nüsrə” birlikdədir. Kürdlərin və digər qüvvələrin məsələsi həll olunmalıdır. İran İslam Respublikası çalışır ki,Suriyaməsələsi siyasi yolla və danışıqlarla həll olunsun”.
İranın Səudiyyə Ərəbistanı ilə münasibətlərindən danışan Ruhani deyib ki, İran həmişə qonşu ölkələr, xüsusilə İslam ölkələri ilə əlaqələrin inkişafına çalışır. O, İran və Səudiyyə Ərəbistanı arasında heç bir problemin olmadığını qeyd edib.
Ruhani deyib ki, İran regionda sülh və sabitliyin tərəfdarıdır: "İran Səudiyyə Ərəbistanının daxili işinə müdaxilə etmək niyyətində deyil və istəmir ki, Ərəbistan regionun siyasi səhnəsindən silinsin”.
banner

Oxşar Xəbərlər