AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hesablama Palatasının bəzi fikirləri ilə razıyıq, bəzisi ilə qəti razı deyilik

Hesablama Palatasının bəzi fikirləri ilə razıyıq, bəzisi ilə qəti razı deyilik

İqtisadiyyat
05 İyun 2020, 15:38 293
"2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar üçün vacib məsələlərdən biri Hesablama Palatasının rəyidir.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, Hesablama Palatasının rəyində müəyyən fikirlər var: "Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik. Amma bu, normal bir prosesdir. Fikrimcə, demokratiyanın bir növüdür. Biz bu məsələlərə çox hörmətlə yanaşırıq”.