• cümə, 29 Mart, 11:39
  • Baku Bakı 5°C

Hesablama Palatası ötən il COVID-19-la mübarizəyə xərclənən 2 milyard manat vəsaitlə bağlı yoxlama aparır

03.03.21 11:45 452
Hesablama Palatası ötən il COVID-19-la mübarizəyə xərclənən 2 milyard manat vəsaitlə bağlı yoxlama aparır
Azərbaycanda yeni növ koronavirus (COVID-19) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilmiş geniş miqyaslı və əhatəli dəstək tədbirləriüçün icra edilmiş vəsaitlərin auditi aparılır.
APA-nın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
V. Gülməmmədov deyib ki,həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsi aktual məsələlərdən biridir.Bu baxımdan Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib, hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən1 milyard 985,6 milyon manat vəsait xərclənib.
banner

Oxşar Xəbərlər