• cümə, 19 Aprel, 19:44
  • Baku Bakı 24°C

“Hesab etmirəm ki, bizdə qadınlara qarşı ayrı-seçkilik var”

18.06.14 13:42 927
“Hesab etmirəm ki, bizdə qadınlara qarşı ayrı-seçkilik var”
“Dünya əhalisinin 50%-dən çoxunu qadınlar təşkil edir. Onlar təəssüf ki, siyasi forumlarda, eləcə də qərarvermə mexanizmlərində yetərli səviyyədə təmsil olunmurlar, parlament, vətəndaş cəmiyyəti təşkilatlarında, ailə müstəvisində bir çox ayrı-seçkiliklə üzləşirlər”.
APA-nın xəbərinə görə, bunu BMT-nin rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Antonius Bruk “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda keçirilən Ombudsmanların XII Bakı Beynəlxalq konfransında çıxışı zamanı deyib. O bildirib ki, BMT Azərbaycan hökumətinə qadınların işlə təmin olunması, erkən nikah, qadınlara qarşı zorakılıq, sosial iştirak, təmsilçilik sahələrində tövsiyələrini verir: “Biz çalışırıq ki, elə bir mexanizmlər ortaya qoyulsun ki, qadınlar üçün daha münbit şərait yaradılsın və qadınlara qarşı ayrı-seçkilik aradan qaldırılsın. Xüsusilə qeyd etmək lazımdır ki, “Azərbaycan 2020: Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nda dayanıqlı inkişafın çərçivələri nümayiş etdirilib. Bu sənəddə xüsusilə gender bərabərliyi qeyd olunub. Bu, bir daha onu nümayiş etdirir ki, siyasi iradə mövcuddur və qadınların, qızların inkişafı məsələsinə xüsusi diqqət yetirilir, insanların eyni hüquqa malik olması xüsusilə vurğulanır. Bugünkü çağırışların və problemlərin həlli qadınların tam iştirakı olmadan mümkün deyil”.
A. Brukun fikirlərinə baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov reaksiya verib. Ə. Həsənov söz alaraq bildirib ki, BMT-nin hökumətə tövsiyələrindən biri də qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı olub: “Mən hesab etmirəm ki, Azərbaycanda qadınlara qarşı ayrı-seçkilik var”.
banner

Oxşar Xəbərlər