• cümə, 19 Aprel, 20:42
  • Baku Bakı 24°C

“Hərəkət səkkiz” 3 oktyabrdan Cinema plusda nümayiş olunacaq

02.10.19 18:18 846
“Hərəkət səkkiz” 3 oktyabrdan Cinema plusda nümayiş olunacaq
"Hərəkət səkkiz” filmində Pərvin Abıyeva, İslam Mehrəliyev və Elcan Rəsulov və Türkiyənin məşhur komediya aktyoru Ali Sunal, Hakan Bilgin, Gürgen Öz, Onur Atilla, Devrim Yakut və Hande Katipoğlu rol alıb. Komediyanın fabulasında rus mafiya lideri Zolkanın niyyəti dayanır. Bir tərəfdə onlara qarşı əməliyyat da başlayır. Qəhrəmanlarsa bütün bunlardan xəbərsiz hadisələrin içinə düşürlər. Ali Yongançıioğlunun rejissorluğu ilə baş tutacaq filmi DADA Vision ekranlara çıxaracaq. Filmin Azərbaycan tərəfdaşı "Aranfilm” yaradıcılıq mərkəzidir. Prodüseri Levent Cengizhan olan filmin ssenarisi isə Ayberk Çınara aiddir. Yeni kino mövsümünün açılış filmi olan "Hərəkət səkkiz” 3 oktyabrdan CİNEMA PLUS-DA və 12 ölkədə vizyona çıxarılacaq.


banner

Oxşar Xəbərlər