AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov

Hərbi xidmətə çağırış ildə iki dəfə olmalıdır - Siyavuş Novruzov

Cəmiyyət
30 Mart 2020, 12:52 110
Azərbaycanda "Alternativ hərbi xidmət haqqında” qanunun müzakirəsi üzərində düşünməyi vacib hesab edirəm.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
S.Novruzov, həmçinin ildə iki dəfə hərbi çağırış olmasının tərəfdarı olduğunu bildirib:
"Hazırda müddətli hərbi qulluqçuların orduda xüsusi çəkisi 27 %-dir. Həm də indi hərbi xidmətə gedənlərin əksəriyyəti könüllüdür. Buna görə də ildə iki dəfə çağırış olmalıdır”.
S.Novruzov, eyni zamanda iki usağı olanları hərbi xidmətdən azad edilməsini təklif edib: "Hərbi səfərbərlik və çağırış haqqında” qanuna əsasən, üç uşağı olan hərbi xidmətə çağırılmır. Yəni möhlət verilir. Əvvəllər bu iki uşaq idi, biz onu üçə qaldırdıq. Amma iki uşağı saxlamaq da qəhrəmanlıqdır. Çünki evdə iki uşağı olan şəxsin fikri ailəsində olacaq”.